Amerikanın Mişikan vilayətindən olan bu naşir belə bir Quran çapı ilə İslam cəmiyyətlərində yaşayan və dini təbliğ edən keşişlərə kömək üçün çap etmək istədiyini bildirib.
"Bir xristian baxışında Quran; İslam dininin müqəddəs kitabını anlamaq üçün bələdçi" adlanan bu Quran təfsirini Gordon D. Nickel qələmə alıb.
Bu kitabda Quranın bəzi ayələri barədə yaddaştlar, bəzi ayələrin tarixçəsi, təfsiri və xristianların müqəddəs kitabları ilə oxşarlığı qeydə alınmışdır.
Gordon D. Nickel Hindistanın Banqlur əyalətində Cənubi Asiya Araşdırmalar İnstitutunun İslami Araşdırmalar Mərkəzinin rəisidir.
O deyib: Heç kim Quranın möhtəvasını bilmədən müsəlmanların düşüncə tərzini dərk edə bilməz.
Kitabın naşiri deyib ki, bu əsər müsəlmanlara tam ehtiramla yazılıb və müsəlmanlarla xristianların fikir ayrılığı olan məsələlərin həllində faydalıdır.