IQNA

Kərbəla qapılarını zəvvarlara açdı - Ərbəin təhlükəsizlik planının təfərrüatları

1:00 - September 18, 2020
Xəbər sayı: 3488136
Kərbəlanın təhlükəsizlik komandirləri Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələrinin dəstəyi ilə Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi plan hazırladıqlarını elan ediblər.

Kərbəla qapılarının İmam Hüseynin (ə) Ərbəin zəvvarlarını qarşılamaq üçün açıldığı elan olunan kimi, təhlükəsizlik komandirləri Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələrinin dəstəyi ilə Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi plan hazırladıqlarını elan ediblər.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, bu plan səfər ayının əvvəlindən başlayır və ayın 21-də sona çatır. Plana görə səfər ayı gələn kimi Kərbəlaya əlavə qüvvələr girəcək. Kərbəla vilayəti planı çevik şəkildə həyata keçirmək məqsədi ilə dörd oxa bölünəcək: şimal, cənub, qərb və şərq.

Kərbəla əməliyyatlarının komandiri general-mayor Əli Əl-Haşimi dünən (16 sentyabr) gecə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında təşkil olunan təhlükəsizlik konfransında bunları deyib: “Plan Kərbəla Əməliyyat Komandanlığı, Ordu Polisi və Hava Qüvvələri Komandanlığının təhlükəsizlik komandirləri və Əl-Həşduş Şəbi Qüvvələri tərəfindən hazırlanmışdır”.

Əl-Haşimi İraqın baş qərargah rəisinə zəvvarların Kərbəlaya keçməsini asanlaşdırmaq və beton körpüdəki hissələrin hərəkətini asanlaşdırmaq üçün Əl-Musəyyib şəhərində üzən bir körpü qurulması üçün müraciət edib.

Digər tərəfdən, İraqın baş qərargah rəisi general-polkovnik Əbdüləmir Rəşid Yarallah bu layihənin uğurlu olması üçün bütün təhlükəsizlik, tibbi və mühəndis ehtiyaclarının qarşılanacağını vurğulayıb.

Yarallah Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün bütün sahələrdə əməkdaşlıq yolu ilə Əl-Həşdu Şəbi qüvvələrinin böyük və təsirli rolunu təqdir edib.

Əl-Abbas həbrbi briqadası (Əl-Həşduş Şəbinin 26-cı diviziyasının qüvvələri) də 5000 könüllünün Ərbəin layihəsində iştirak edəcəyini elan edib və girişlərdə zəvvarları yoxlamaq üçün Kərbəla oxunda yerləşəcəklərini bildirib.

Məlumata görə, Əl-Həşduş Şəbi qüvvələri koronavirusa yoluxma səviyyəsini azaltmaq üçün zəvvarların getdiyi marşrutları mütəmadi dezinfeksiya edəcək.

 

captcha