Ərbəin

IQNA

İQNA – Həzrət Hüseynin (ə) Ərbəin mərasimi çərşənbə günü — avqustun 4-də — Kərbəlada və İmam Hüseynin (ə) hərəminin daxilində Əba Əbdillahın (ə) aşiq və sevənlərinin coşqulu iştirakı ilə keçirildi. Xəbərdə mərasimin görüntüləri və videoları təqdim olunub.
Xəbər sayı: 3500925   Nəşr tarixi : 2026/08/09

İQNA – Həzrət Hüseynin (ə) Ərbəin gününün yaxınlaşması ilə eyni vaxtda Şələmçə sərhədində Müstəzəfan Fondu tərəfindən qurulan mökib, digər xidmətçilərlə yanaşı, zəvvarlara gecə‑gündüz fasiləsiz şəkildə qida, tibbi yardım və bank xidmətləri təqdim etməklə, İmam Hüseynin (ə) ziyarətinə gələnlərə xidmət göstərməyə hazırdır.
Xəbər sayı: 3500922   Nəşr tarixi : 2026/08/09

İQNA – İmam Hüseynin (ə) Ərbəin ziyarətinə piyada yürüş dalğasının başlaması və Əhli-beyt (ə) aşiqi olan milyonlarla insanın müqəddəs Kərbəla şəhərinə doğru hərəkət etməsi ilə əlaqədar İlam əyaləti zəvvarların keçdiyi ən mühüm marşrutlardan biri kimi hər gün minlərlə yerli və xarici zəvvarı qəbul edir.
Xəbər sayı: 3500919   Nəşr tarixi : 2026/08/09

İQNA – İmam Hüseyn (ə) müqəddəs hərəminin Darül-Quran mərkəzi, Ərbəin münasibəti ilə Nəcəf Elmi Hövzəsinin əməkdaşlığı ilə qurulan Quran stansiyaları layihəsini 80 mindən çox zəvvara xidmət göstərməklə başa çatdırıb.
Xəbər sayı: 3500909   Nəşr tarixi : 2026/08/08

İQNA – İmam Hüseyn (ə) hərəminin baş katibi, həmçinin müxtəlif ölkələrdən gələn dini xadimlər, universitet ustadları və rəsmi şəxslərin iştirakı ilə Müqəddəs İmam Hüseyn (ə) hərəminin həyətində X Beynəlxalq Ərbəin Ziyarəti Elmi Konfransı işinə başlayıb. Təşkilatçılar Ərbəini elmi, mədəni və sivilizasiya potensialına malik qlobal bir fenomen kimi xarakterizə ediblər.
Xəbər sayı: 3500904   Nəşr tarixi : 2026/08/08

İQNA – İmam Hüseynin (ə) Ərbəin mərasiminin İraqın Kərbəla şəhərində və dünyanın digər şəhərlərində keçirilməsi Amerikanın "Associated Press" xəbər agentliyində işıqlandırılıb.
Xəbər sayı: 3500894   Nəşr tarixi : 2026/08/06

İQNA – Həzrət Abbasın (ə) müqəddəs hərəmindəki əl-Kəfil Xəzinələr və Əlyazmalar Muzeyi, İmam Hüseynin (ə) Ərbəin ziyarəti dövründə 100 mindən çox ziyarətçinin qəbul edildiyini açıqlayıb.
Xəbər sayı: 3500892   Nəşr tarixi : 2026/08/06

İQNA- Kəşmirdə minlərlə insanın iştirakı ilə Ərbəin yürüşü və matəm mərasimi keçirilib.
Xəbər sayı: 3500889   Nəşr tarixi : 2026/08/05

İQNA- Kərbəla valisi Ərbəin ziyarətində 22 milyon zəvvarın iştirak etdiyini açıqlayıb.
Xəbər sayı: 3500888   Nəşr tarixi : 2026/08/05

İQNA- İraq Sərhəd-Keçid Məntəqələri İdarəsinin sədri Ömər Adnan əl-Vaili, Ərbəin zəvvarlarının geri qayıtma prosesini tamamlamaq üçün bu keçid məntəqələrinin tam hazır olduğunu elan edib.
Xəbər sayı: 3500884   Nəşr tarixi : 2026/08/04

İQNA- Ərbəin ziyarəti marşrutu üzrə Quran mədəniyyətinin təşviqi, ziyarətçilərin qiraətinin düzəldilməsi, Ərbəin günlərindən Quran dəyərlərinin mənimsədilməsi üçün istifadə edilməsi və ziyarətçilərə pulsuz Quran xidmətlərinin göstərilməsi məqsədilə fəaliyyət göstərən "Quran stansiyaları" layihəsi ziyarətçilərin böyük marağına səbəb olub.
Xəbər sayı: 3500877   Nəşr tarixi : 2026/08/03

İQNA- İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının İctimaiyyətlə Əlaqələr şöbəsi artıq ikinci ildir ki, xarici zəvvarlar üçün çoxdilli ixtisaslaşdırılmış mərkəzlər vasitəsilə hərtərəfli bələdçilik və xidmət planını icra edir. Bu plan qeyri-iraqlı zəvvarların Ərbaəin mərasimində iştirakını asanlaşdırmaq və bu beynəlxalq ziyarətin mahiyyətinə uyğun olaraq tərcümə, dini və mədəni bələdçilik xidmətləri göstərmək məqsədilə tərtib edilmişdir.
Xəbər sayı: 3500875   Nəşr tarixi : 2026/08/02

İQNA- Kərbəla valiliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru bildirib ki, Ərbaəin ziyarətini işıqlandırmaq üçün müxtəlif millətlərdən olan 143 ərəb və xarici jurnalist və media işçisindən əlavə, təxminən 600 jurnalist, media işçisi, fotoqraf və texniki heyət də bu mərasimin işıqlandırılmasında iştirak edir.
Xəbər sayı: 3500874   Nəşr tarixi : 2026/08/02

İQNA- İraqın Təhlükəsizlik Məlumat Mərkəzi bəyan edib ki, Məhərrəm ayının əvvəlindən bəri 3,5 milyona yaxın xarici zəvvar İraqa daxil olub.
Xəbər sayı: 3500868   Nəşr tarixi : 2026/07/31

İQNA- İraqın Ərbəin ziyarətini idarə edən mərkəzi qərargah bu gün, cümə axşamı elan edib ki, İraqa daxil olan xarici zəvvarların sayı 2 milyon 887 min 305 nəfərə çatıb.
Xəbər sayı: 3500860   Nəşr tarixi : 2026/07/30

İQNA- "Ərbəin və İslamın yaxınlaşması" konfransı Ərbəin Qərargahının Mədəniyyət və Təhsil Komitəsinin təşəbbüsü ilə Kərbəlada keçirilib.
Xəbər sayı: 3500857   Nəşr tarixi : 2026/07/29

İQNA -Kərbəla qubernatorluğunun açıqlamasına əsasən, bu əyalət Ərbəin zəvvarlarını layiqli şəkildə qarşılamaq məqsədilə gələn çərşənbə, cümə axşamı və bazar günü rəsmi tətil elan edib.
Xəbər sayı: 3500846   Nəşr tarixi : 2026/07/28

İQNA -İmam Hüseyn (ə) müqəddəs ziyarətgahına bağlı "Darul-Quranil-Kərim" mərkəzi Ərbəin zəvvarları üçün Quran proqramlarının keçiriləcəyini elan edib.
Xəbər sayı: 3500838   Nəşr tarixi : 2026/07/27

İQNA – İraqın Nəcəf əyalətində Həşdi-Şəbinin informasiya direktoru bu əyalətdə Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi təhlükəsizlik yerləşdirmə planının icrasına başlandığını elan edib.
Xəbər sayı: 3500827   Nəşr tarixi : 2026/07/24

İQNA – "Universitet gəncləri Ərbəin məktəbində imanlı şüur və yolda sabitqədəmlik" şüarı altında dördüncü gənclər konfransı Nəcəf Elmi Hövzəsinin təşəbbüsü ilə İmam Əlinin (ə) müqəddəs hərəmində keçirilib.
Xəbər sayı: 3500824   Nəşr tarixi : 2026/07/23