IQNA

İsrail vaksinlərin Qəzzaya daxil olmasına icazə vermədi

21:13 - February 16, 2021
Xəbər sayı: 3489288
Fələstin Səhiyyə naziri Mey Keylə Rusiyanın göndərdiyi "Sputnik-V" vaksinlərinin Qəzza zolağına daxil olmasına icazə verilmədiyini açıqlayıb.

Fələstin Səhiyyə naziri Mey Keylə Rusiyanın göndərdiyi "Sputnik-V" vaksinlərinin Qəzza zolağına daxil olmasına icazə verilmədiyini açıqlayıb. 

 O bildirib ki, vaksinlərin Qəzza zolağına daxil olmasına qarşı İsrail addım atıb. 

 "2 min doza koronavirurus pandemiyası əleyhinə vaksin Qəzza zolağına daxil ola bilmədi. Bölgədə isə ölümlər daha da artır. Baş verənlərə görə məsuliyyəti işğalçı İsrail rejimi daşıyır", - deyə Mey Keyle diqqətə çatdırıb.   

Nazir qeyd edib ki, sözügedən vaksinlər əsasən ağır koronavirurus xəstələri, bu xəstələri müalicə edən tibb işçiləri və digər şəxslər üçün nəzərdə tutulmuşdu.  /eastnews.org/

Teqlər: qəzza ، sputnik ، rusiya ، israil ، vaksin
captcha