Fələstin Səhiyyə naziri Mey Keylə Rusiyanın göndərdiyi "Sputnik-V" vaksinlərinin Qəzza zolağına daxil olmasına icazə verilmədiyini açıqlayıb.
O bildirib ki, vaksinlərin Qəzza zolağına daxil olmasına qarşı İsrail addım atıb.
"2 min doza koronavirurus pandemiyası əleyhinə vaksin Qəzza zolağına daxil ola bilmədi. Bölgədə isə ölümlər daha da artır. Baş verənlərə görə məsuliyyəti işğalçı İsrail rejimi daşıyır", - deyə Mey Keyle diqqətə çatdırıb.
Nazir qeyd edib ki, sözügedən vaksinlər əsasən ağır koronavirurus xəstələri, bu xəstələri müalicə edən tibb işçiləri və digər şəxslər üçün nəzərdə tutulmuşdu. /eastnews.org/