"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi İslamofobiya ilə mübarizəyə dair qanun layihəsini nəzərdən keçirib. Həmçinin müsəlmanlara qarşı qərəzlə mübarizə üçün Dövlət Departamentində xüsusi ofis yaradıb. Bu, respublikaçı deputatın şifahi hücumlarına məruz qalıb.
Respublikaçı Skatt Perri, qanun layihəsini təqdim edən Nümayəndələr Palatasının müsəlman üzvü, həmkarı İlhan Öməri antisemit adlandırıb. Həmçinin onu terror qruplaşmaları ilə əlaqədə ittiham edib.
Demokratların Nümayəndələr Palatasındakı rəsmi etirazından və Perrinin şərhlərinin delodan çıxarılması tələbindən sonra ABŞ Nümayəndələr Palatasındakı debat nəhayət dayandırılıb.
4021060