IQNA

İslamofobiya əleyhinə qanun layihəsi ABŞ Konqresində müzakirələrə səbəb olub

20:07 - December 15, 2021
Xəbər sayı: 3491379
ABŞ Konqresinin müsəlman üzvü İlhan Ömər tərəfindən İslamofobiya ilə Mübarizə barədə təqdim edilən qanun layihəsinə baxış sessiyası keçirilib. Bu sessiya, Respublikaçı üzvün təhqirləri, hücumları və demokratların etirazları ilə müşayiət olunub.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi İslamofobiya ilə mübarizəyə dair qanun layihəsini nəzərdən keçirib. Həmçinin müsəlmanlara qarşı qərəzlə mübarizə üçün Dövlət Departamentində xüsusi ofis yaradıb. Bu, respublikaçı deputatın şifahi hücumlarına məruz qalıb.

Respublikaçı Skatt Perri, qanun layihəsini təqdim edən Nümayəndələr Palatasının müsəlman üzvü, həmkarı İlhan Öməri antisemit adlandırıb. Həmçinin onu terror qruplaşmaları ilə əlaqədə ittiham edib.

Demokratların Nümayəndələr Palatasındakı rəsmi etirazından və Perrinin şərhlərinin delodan çıxarılması tələbindən sonra ABŞ Nümayəndələr Palatasındakı debat nəhayət dayandırılıb.

4021060

captcha