IQNA

Müsəlmanlar Kanadada silah gəzdirməyin qadağan edilməsini istəyir

11:26 - January 29, 2022
Xəbər sayı: 3491645
2017-ci ildə Kanadanın Kvebek şəhər məscidində baş verən atışmanın beşinci ildönümü ərəfəsində faciənin baş verdiyi İslam Mərkəzinin direktorları bütün Kanadada silahdan istifadəni qadağan edilməsini tələb ediblər.

"İQNA", "Montreal CTV News"-a istinadən xəbər verir ki, müsəlmanlar federal və Kvebek hökumətlərinə məktublar göndəriblər. Onlar bütün tərəfləri silaha nəzarətlə bağlı yeni qanunların ölkə daxilində tətbiq olunmasını təmin etmək üçün addımlar atmağa çağırıblar.

Məscid rəhbərləri deyirlər ki, silah zorakılığı problemi ümummilli məsələdir. İslam Mədəniyyət Mərkəzinin liderləri Baş nazir Castin Trüdoya və İctimai Təhlükəsizlik Naziri Marko Mendiçinoya məktub göndərərək hökuməti əyalətlərdə silahdan istifadə etməyi qadağan etməsini istəyiblər.

4031815

Teqlər: müsəlman ، kanada ، silah ، qadağan ، ümummilli
captcha