"İQNA", "Montreal CTV News"-a istinadən xəbər verir ki, müsəlmanlar federal və Kvebek hökumətlərinə məktublar göndəriblər. Onlar bütün tərəfləri silaha nəzarətlə bağlı yeni qanunların ölkə daxilində tətbiq olunmasını təmin etmək üçün addımlar atmağa çağırıblar.
Məscid rəhbərləri deyirlər ki, silah zorakılığı problemi ümummilli məsələdir. İslam Mədəniyyət Mərkəzinin liderləri Baş nazir Castin Trüdoya və İctimai Təhlükəsizlik Naziri Marko Mendiçinoya məktub göndərərək hökuməti əyalətlərdə silahdan istifadə etməyi qadağan etməsini istəyiblər.
4031815