"İQNA", İraqın "Əl-Zaman" qəzetinin saytına istinadən xəbər verir ki, Əl-Həyani İraqın Mosul Universitetində Quranın ritorik təfsiri sahəsində dərs deyən İraqın aparıcı ustad və alimlərindən biri idi.
İraqın görkəmli ustadı, 70-dən çox magistr və doktorluq dissertasiyalarında mentor və hakim kimi fəaliyyət göstərmişdir. O, Quran elmləri sahəsində dəyərli əsərlər təlif etmişdir.
Ustad Fəthi Ramazan əl-Hayani 1958-ci ildə İraqın Mosul şəhərində anadan olub. O, Mosul Universitetində Quran ritorikası üzrə doktorluq dərəcəsi almışdı.