IQNA

İraqın məşhur Quran ritorika ustadı vəfat edib

10:56 - February 26, 2022
Xəbər sayı: 3491812
Mosuldakı İraq Universitetinin Quran ritorikası üzrə tanınmış ustadı Əhməd Fəthi Ramazan əl-Hayani ağır xəstəlikdən sonra 64 yaşında vəfat edib.

"İQNA", İraqın "Əl-Zaman" qəzetinin saytına istinadən xəbər verir ki, Əl-Həyani İraqın Mosul Universitetində Quranın ritorik təfsiri sahəsində dərs  deyən İraqın aparıcı ustad və alimlərindən biri idi.

İraqın görkəmli ustadı, 70-dən çox magistr və doktorluq dissertasiyalarında mentor və hakim kimi fəaliyyət göstərmişdir. O, Quran elmləri sahəsində dəyərli əsərlər təlif etmişdir.

Ustad Fəthi Ramazan əl-Hayani 1958-ci ildə İraqın Mosul şəhərində anadan olub. O, Mosul Universitetində Quran ritorikası üzrə doktorluq dərəcəsi almışdı.

4038619

Teqlər: İraq ، Məşhur ، quran ، ritorika ، ustad
captcha