IQNA

İran nümayəndəsi Pakistanın beynəlxalq Quran müsabiqəsində ikinci yeri qazandı

11:33 - November 30, 2025
Xəbər sayı: 3499308
İQNA - Pakistanın İslamabad şəhərində keçirilən ilk beynəlxalq Quran tilavəti müsabiqəsi başa çatdı və ölkəmizin nümayəndəsi bu yarışda ikinci yeri əldə etdi.

“İQNA”-nın məlumatına görə, Malayziyadan olan Eymən Rizvan bin Məhəmməd Rəmlan Pakistanın ilk beynəlxalq Quran tilavəti müsabiqəsinin birincisi oldu. İranlı Adnan Möminin Xəmisə və pakistanlı Qari Əbdür-Rəşid isə ikinci və üçüncü yerləri tutdular.

Pakistanın baş nazirinin müavini şənbə günü bağlanış mərasimində iştirak edib və altı qalib iştirakçıya mükafat və fəxri nişanlar təqdim edib.

Pakistanın dini işlər naziri Sərdar Məhəmməd Yusif, Pakistan Quran müsabiqələrinin baş hakimi və koordinatoru Qari Sədaqət ilə birlikdə mərasimdə iştirak edirdi.

Birinci yerə layiq görülən Eymən Rizvan bin Məhəmməd Rəmlana beş milyon rupi məbləğində pul mükafatı təqdim edildi.

İranlı və pakistanlı iştirakçılar isə müvafiq olaraq ikinci və üçüncü yerlərə görə üç milyon və iki milyon rupi mükafat aldılar.

نماینده ایران رتبه دوم مسابقات بین‌المللی قرآن پاکستان را کسب کرد
 

Bununla yanaşı, yarışda dördüncü, beşinci və altıncı yerləri tutan Əfqanıstandan (Əbdürrəb Əyyubi), İndoneziyadan (İlham Mahmudin) və Mərakeşdən (Əyyub Əla) olan iştirakçıların hər birinə 200 min rupi mükafat verildi.

 

نماینده ایران رتبه دوم مسابقات بین‌المللی قرآن پاکستان را کسب کرد

 

Pakistan 24–29 noyabr tarixlərində ilk beynəlxalq Quran tilavəti müsabiqəsinə ev sahibliyi edib və bu yarışda 37 İslam ölkəsindən iştirakçılar qatılıb.

Pakistanın Dini İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq Quran tilavəti müsabiqəsi noyabrın 24-ü bazar ertəsi günü başlayıb və dörd gün davam edib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələri yarışda iştirak ediblər.

Beynəlxalq Quran müsabiqələrinin hakimi olan ustad Qulamrza Şahmeyvə İsfəhani və İran İslam Respublikasından yarışa göndərilmiş beynəlxalq qari Adnan Möminin Xəmisə də bu yarışmada digər İƏT ölkələrindən olan nümayəndələrlə birgə iştirak ediblər.

Ötən ay Pakistanın ilk beynəlxalq Quran müsabiqəsinin icraçı direktoru Qari Sədaqət Əli İslamabadda yerləşən İran İslam Respublikasının Mədəniyyət Müşavirliyində ölkəmizin mədəniyyət müşaviri Məcid Müşki ilə görüşüb. Görüş zamanı Pakistanın ilk beynəlxalq Quran müsabiqəsinin təşkilati məsələləri müzakirə olunub.

4319832

captcha