“İQNA”-nın xəbərinə görə, Səudiyyə Ərəbistanının məlumatlı mənbəyi "Səudiyyə əl-Hədəs" kanalına bildirib ki, Səudiyyə Ərəbistanı öz hava məkanından "hücum xarakterli hərbi əməliyyatlar" üçün istifadəyə icazə verməyəcək.
Mənbə vurğulayıb: "Səudiyyə Ərəbistanı vəziyyəti sakitləşdirmək axtarışındadır və Amerika ilə İran arasındakı müharibəyə son qoyacaq razılaşmanın əldə olunması üçün Pakistanın səylərini dəstəkləyir."
Bu mənbə həmçinin bildirib: "Müəyyən səbəblərdən Səudiyyə Ərəbistanının mövqeyi haqqında yanlış bir təsvir çəkmək istəyən tərəflər mövcuddur."
4351027