İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV peyk tv kanalına istinadla verdiyi xəbərə görə, Suriyanın yerli media və KİV əhli xəbər veriblər ki, bu gün (20 dekabr 2015) İsrail qüvvələri Dəməşqin 10 km-liyində Cermana rayonunda Səmir əl-Kuntarın evini hədəfə alıblar və hücum zamanı ən az 10 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
"Ən-Nəşrə" xəbər və informasiya portalının verdiyi xəbərə görə, Samir Kuntarın qardaşı Besam Kuntar öz Facebook və Twitter səhifəsində qardaşının öldüyünü təsdiqləyərək yazlb: “Fəxrlə mücahid rəhbər Samir Kuntarın şəhid olması münasibəti ilə baş sağlığı verirəm və fəxr edirəm ki, bizim ailədə şəhid ailələri cərgəsinə qoşuldu”.
Samir Kuntar 2008-ci ildə işğalçı rejim və Hizbullah arasında məhbusların mübadiləsi zamanı 29 il həbsdə qaldıqdan sonra azadlığa çıxmışdı. İşğalçı rejim 1979-cu ildə yəhudi ailəsini öldürdüyü iddiası ilə S. Kuntara dörd ömürlük həbs cəzası kəsmişdilər.