IQNA

Bir mühafizəkar keşiş iddia edib

Donald Tramp Müqəddəs Kitabın mesajlarını Papa Leodan daha yaxşı başa düşür

11:16 - May 20, 2026
Xəbər sayı: 3500372
İQNA – Bir mühafizəkar keşiş iddia edib ki, Donald Tramp Müqəddəs Kitabın mesajlarını Papa Leodan daha yaxşı başa düşür.

“İQNA”-nın “İndependent”-ə istinadən verdiyi xəbərə görə, mühafizəkar xristian keşiş Donald Trampın Müqəddəs Kitabın dərslərini Papa Leodan «daha yaxşı» anladığını iddia edib.

Keşiş Robert Cefres bu qəribə fikirləri həftəsonu Fox News kanalında, Papa ilə ölkənin xarici işlər naziri Marko Rubio arasında cümə günü baş tutan görüş barədə müzakirə zamanı səsləndirib.

Son aylarda gərginlik o vaxt artdı ki, Papa katolikləri ABŞ prezidentinin İran sivilizasiyasını «sonlandırmaq»la hədələdiyi bir vaxtda İran müharibəsinin sülh yolu ilə həlli üçün dua etməyə çağırdı, lakin Trampın adını çəkmədi. Bundan sonra Tramp Truth Social platformasında bir sıra qəzəbli mesajlar paylaşaraq Papanın cinayət məsələsində mövqeyini «zəif» adlandırdı və onu İranın nüvə silahı proqramının yaratdığı təhlükəni anlamamaqda ittiham etdi.

Trampın köhnə tərəfdarlarından olan Cefresə görə, bu fərqli mövqelər Trampın Papanın özündən daha çox xristian liderinə bənzədiyini göstərir. O, Fox News-a deyib: “Papa yaxşı insandır, imanında səmimidir, amma İran məsələsində yanılır.”

Mühafizəkar keşişin iddiası: Tramp Müqəddəs Kitabı Papanın özündən daha yaxşı anlayır

Cefres bundan əvvəl də ABŞ prezidentinin Papanı tənqid etməsini müdafiə etmişdi. Əvəzində Papa XIV Leo bu ittihamları rədd edərək vurğulayıb ki, kilsənin missiyası «sülhə çağırmaq» və hər cür nüvə silahına qarşı çıxmaqdır.

Papa Leo Trampın son tənqidinə cavab olaraq bildirib ki, o, sülhdən danışmaqla xristianlığın mesajını yaymaq istəyir və hər kəsin onu tənqid etməkdə azad olduğunu qəbul edir.

Papa əlavə edib: “Biz bütün nüvə silahlarına qarşıyıq. Kilsənin missiyası Müqəddəs Kitabı və sülhü təbliğ etməkdir. Əgər kimsə məni Müqəddəs Kitabı təbliğ etdiyim üçün tənqid etmək istəyirsə, qoy etsin. Mən yalnız ümid edirəm ki, insanlar Allahın kəlamının dəyərinə görə məni dinləsinlər.”

O, Katolik Kilsəsinin qeyri-əxlaqi hesab etdiyi nüvə silahlarına dəstək ideyasına qarşı çıxaraq deyib: “Kilsə illərdir bütün nüvə silahlarına qarşıdır və bu məsələdə heç bir şübhə yoxdur.”

Son günlər Tramp süni intellektlə yaradılmış və onu İsa Məsih(ə) qiyafəsində göstərən bir təsviri paylaşdığı üçün də geniş tənqidlərə məruz qalıb.

4351546

captcha