IQNA

20:28 - October 26, 2019
Xəbər sayı: 3486031
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Əli Sistani ölkədəki etirazların dinc olmasından çıxması və ölkəyə xarici müdaxilə mühitinin formalaşması mövzusunda xəbərdarlıq edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Əli Sistani ölkədəki etirazların dinc olmasından çıxması və ölkəyə xarici müdaxilə mühitinin formalaşması mövzusunda xəbərdarlıq edib.

Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi oktyabrın 25-dəki cümə xütbəsində, Ayətullah Sistaninin bəyanatını çatdırıb. O, İraqda korrupsiya və hökumətin xalqa xidməti məsələsindəki çatışmazlıqlara işarə edərək, nümayişçilər və təhlükəsizlik qüvvələrindən aksiyaların dinc çərçivəsində qalmasını və bunların şiddətə çevrilməməsini istəyib.

Ayətullah Sistani xalqın və dövlətin malına diqqət edilməsini istəyərək, nümayişçilərə təhlükəsizlik qüvvələrinə qarşı təqvalı olmalarını istəyib.

Ayətullah Sistani bəyanatında, nümayişçilərin etirazlarının ölkənin ümumi təhlükəsizliyini pozmamalı olduğunu bildirərək, belə qeyd edib: “Çünki bu konstitusiyada zəmanət altına alınıb və təhlükəsizlik qüvvələri də qanunlar çərçivəsində nümayişçilərin küçələrdə etirazlarına icazə verməli və nümayişçilərlə toqquşmadan uzaq durmalıdırlar”.

İraqda baş verən xaosun xarici qüvvələrin ölkəyə müdaxilə etmək şəraitini hazırladığına dair narahatlığını bildirən Ayətullah Sistani, belə bir vəziyyətin ölkənin region və beynəlxalq güclərin hesablaşmaları üçün bir meydana dönəcəyi barədə xəbərdarlıq edib.

Ayətullah Sistani, ölkədə baş verən mövcud böhranın İraq xalqının birlik və bərabərliyini qoruyub öhdəsindən gələ biləcəyi növdən olduğunu bildirib.

https://iqna.ir/fa/news/3852376

Ad:
E-poçt:
* Comment:
* captcha: