IQNA

Liviya universitetlərində qadınlar üçün milli Quran müsabiqəsi keçiriləcək

2:00 - January 07, 2025
Xəbər sayı: 3497386
İQNA - Liviya universitet və akademiyalarında qadınlar üçün ilk milli Quran yarışları keçiriləcək.

“Əxbar Liviya” saytının verdiyi məlumata görə, müsabiqə Liviya Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qadınlara Dəstək və Gücləndirmə Departamentinin himayəsi altında keçiriləcək.

Müsabiqə Ali Şurasının açıqlamasında bildirilir ki, müsabiqənin keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan qadınları Qurani-Kərimi hifz etməyə həvəsləndirmək və təhsil müəssisələrində qadınların Qurani-Kərimi hifz etmək bacarıqlarını gücləndirməkdir. Həmçinin universitetlərdə və ali təhsil ocaqlarında keçirilən Quran yarışlarının əhəmiyyətini və müsbət təsirini vurğulamaqdır.

Liviya Quran Məclisinin sədri və müsabiqənin ali komitəsinin üzvü Tariq Əbdül-Qəni Mahmud bildirib ki, müsabiqə bilik və əqidəni birləşdirərək tələbələrdə Quran sevgisi yaradacaq. O, Quranı davranış və həyat tərzində istinad nöqtəsi edəcəyini söylədi.

O, həmçinin əlavə edib ki, bu yarışlar İslami dəyərləri və müsəlman qadınların cəmiyyətdəki rolunu gücləndirmək üçün bir fürsətdir.

4258176

Teqlər: liviya ، quran ، müsabiqə ، universitet
captcha