“Swiss İnfo”-nun verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zayid Əl-Nahyanın göstərişi ilə həyata keçirilən layihəni BƏƏ Beynəlxalq Yardım Agentliyinin sədri Tariq Əhməd Əl-Amiri və Çadın maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Həmid Nquy imzalayıb.
Şeyx Zayid Böyük Məscidi 5 min kvadratmetr sahədə tikiləcək. Onun 5 mini məsciddə, 5 mini isə məscidin həyətində olacaq. Onun 10 min nəfərin namaz qılmaq tutumu olacaq.
Burada həmçinin Quran və onun elmlərinin tədris olunacağı ictimai kitabxana və dini məktəb də fəaliyyət göstərəcək.
2000 kvadratmetr ərazidə tikiləcək yeni mədəniyyət ocağı 16 sinif otağı, inzibati kabinetlər, konfransların, seminarların və mədəni tədbirlərin keçiriləcəyi çoxməqsədli zallardan, zəngin kitabxanadan ibarət olacaq.
Mərkəzin fəaliyyətinə oruc tutanlar üçün iftar proqramları, qurbanlıq heyvanların paylanması və Çad ilə BƏƏ arasında təlim kurslarının təşkili daxildir.
4277428