IQNA

Oman müftisinə sionist rejimlə münasibətlərin normallaşdırılmasını tənqid etdikdən sonra hücum edildib

9:20 - August 21, 2025
Xəbər sayı: 3498730
İQNA - Omanın müftisinin, Netanyahu-nun son vaxtlar söylədiyi “Böyük İsrail” və sionistlərlə münasibətləri normallaşdıran ölkələr barədə çıxışlarını tənqid etməsi, bəzi ifratçı və təkfirçi cərəyanlar tərəfindən hücuma məruz qalmasına səbəb olub.

“İQNA”-nın “əl-Hürriyə və əl-Ədalə” saytına istinadla verdiyi xəbərə görə, Oman müftisi Şeyx Əhməd bin Həmd əl-Xəlilinin sionist rejimlə münasibətləri normallaşdıran ərəb ölkələrini tənqid etməsi, ifratçı və təkfirçi qrupların ona qarşı hücum etməsinə yol açıb.

Halbuki müxtəlif şəxslər Əhməd əl-Xəlilini dəstəkləyərək vurğulayıblar ki, Oman müftisinə qarşı bu cür ittihamların arxasında duran məqsəd fitnə yaratmaqdır.

Oman sultanlığının müftisi Əhməd əl-Xəlili son günlərdə sionist rejimin baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülən “Böyük İsrail” adlanan planla bağlı sərt xəbərdarlıq edib.

O, Netanyahunun “Böyük İsrail” xəyalını bütün İslam ümməti üçün bir xəbərdarlıq adlandırıb.

Əl-Xəlili deyib: “Netanyahu “Böyük İsrail” yaratmaq planı ilə dünyanı təəccübləndirdi, baxmayaraq ki, bu xəyal yeni bir şey deyil.”

Oman müftisi əlavə edib: “İşğalçı rejimə sədaqət göstərənlər, onu pulla və silahla dəstəkləyənlər, müqaviməti silahından məhrum etməyə çalışanlar bu həqiqətdən ibrət almalıdırlar.”

O vurğulayıb ki, düşmənin tərəfdarları anlamalıdırlar: “Onlar üçün qurtuluşun yeganə yolu haqqdan yapışmaq, iman birliyinə sığınmaq, söz birliyi etmək və vaxtilə tərk etdikləri haqqı dəstəkləməkdir”.

Onun sionist rejimin baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” xülyası ilə bağlı son bəyanatları geniş reaksiyalara səbəb olub.

4300990

Teqlər: oman ، müfti ، sionist rejim ، israil
captcha