IQNA

Əl-Əzhər xətibinin insan haqları məsələlərində sionistlərin ikili yanaşmasına etirazı

11:21 - April 09, 2026
Xəbər sayı: 3500106
İQNA – Əl-Əzhər məscidinin xətibi insan haqları ilə bağlı məsələlərdə sionist rejimin ikili davranışına diqqət çəkərək xəbərdarlıq edib və vurğulayıb ki, işğalçı sionist rejim qadın və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı çağırışlar edərkən, əslində insanların yetim qalmasının və didərgin düşməsinin əsas səbəbkarıdır.

“İQNA”-nın “Sədyul-Bələd”ə istinadən verdiyi xəbərə görə, Əl-Əzhər məscidinin xətibi Həsən Salah əs-Suğayr dünən, cümə günü – 14 fərvərdin tarixində “İslamda yetimə qayğı” mövzulu cümə xütbəsində bildirib: Bəzi insanlar Yetim Günü kimi ümumi və xüsusi günlərə lazımi diqqət göstərmirlər. Halbuki bu kimi günlərə geniş və dərin yanaşma Quranda yetimlərin müdafiəsi ilə bağlı ayələr – məsələn, “فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ” – və bu mövzudakı hədislər üzərində düşünməyi tələb edir.

O əlavə edib: İslam şəriəti bütün ehtiyac sahiblərinin, o cümlədən yetimlərin hüquqlarını xatırladarkən, həm maddi, həm də mənəvi dəstəyə çağırır və eyni zamanda onlara qarşı hər cür zülmü və yetim malının yeyilməsini qəti şəkildə qadağan edir.

Əl-Əzhər məscidinin xətibi qeyd edib: Bu kimi günlərdə Quranda vurğulanan əxlaqi dəyərləri yada salmaq, bütün ehtiyac sahiblərinə və zəiflərə qarşı mərhəmət və şəfqəti artırmaq lazımdır ki, cəmiyyətlərdə geniş insanpərvərlik mədəniyyəti hakim olsun.

O, insan haqları məsələlərinə ikili yanaşma və sionist rejimin bu mövzudakı çağırışları barədə xəbərdarlıq edərək vurğulayıb: İşğalçı sionist rejim qadın və uşaqların hüquqlarının müdafiəsinə çağırır, halbuki məhz özü (fələstinli qadın və uşaqların) yetimliyinin və didərginliyinin səbəbidir.

Şeyx əs-Suğayr bildirib: Ehtiyac sahiblərinə və zəiflərə yardım iddiası ədalət və insafın göstəricisi deyil; əgər onlar zülmə məruz qalır və diqqətdən kənarda qalırsa. Çünki Allah hərtərəfli ədalətə və səmimi insani davranışa əmr etmişdir.

4344376  

captcha