IQNA

Təl-Əviv Hizbullah hücumlarından yaranan itki və zərərləri senzura edir

6:42 - March 21, 2026
Xəbər sayı: 3499974
İQNA – Sionist rejimin ordusunun hərbi senzura idarəsi İsrail mediasına Hizbullah raketlərinin hədəf aldığı şəhərlərlə bağlı xəbərlərin dərcini qadağan edib.

“İQNA”-nın məlumatına görə, rejimin 13-cü televiziya kanalı Hizbullahın işğal olunmuş ərazilərə endirdiyi hücumların geniş şəkildə senzura edildiyini bildirib.

Məlumata əsasən, ordunun senzura idarəsi İsrail mediasına Hizbullah raketlərinin dəydiyi şəhərlərlə bağlı hər cür xəbərin yayımını qadağan edib və xəbərdarlıq edib ki, bu qaydanı pozanlarla ciddi şəkildə rəftar olunacaq.

Həmçinin qeyd olunub ki, İsrailin hərbi bazalarına və ya strateji mərkəzlərinə raket düşməsi barədə məlumatların dərcinə heç bir halda icazə verilmir.

13-cü kanal yazıb ki, bu, Hizbullahın əvvəlki hücumlarından fərqlidir; o zaman ordu raketlərin dəqiq və ya təxmini düşmə nöqtələrinin açıqlanmasına icazə verirdi.

Bildirilir ki, sionist rejimi müharibənin real miqyasını və mümkün itkiləri daxili ictimai rəyi idarə etmək üçün gizli saxlamağa çalışır.

Bu arada Hizbullah bəyan edib ki, bu qrupun qüvvələri bu gün səhər tezdən işğal olunmuş ərazilərdə Kfar Yuvəl qəsəbəsinin şimalındakı Əl-Əcl təpəsində İsrail qüvvələrinin toplaşdığı nöqtəni ikinci dəfə hədəfə alıb.

4341207  

Teqlər: tel-aviv ، hizbullah ، hücum ، israil
captcha