IQNA

İordaniya Beynəlxalq Quran müsabiqələrində Qırğızıstan nümayəndəsinin qələbəsi

22:24 - July 20, 2011
Xəbər sayı: 2157291
Quran fəaliyyətləri şöbəsi: Qırğızıstan islam universitetinin 2-ci kurs tələbəsi və Quran hafizi Xanım Həbibə Nəsrəddinova İordaniyada xanımlar üçün keçirilən 6-cı Beynəlxalq Quran müsabiqəsində iştirak edərək uğur qazandı.
İran Quran Xəbər Agentliyi (İQNA): Bu Beynəlxalq Quran müsabiqələri hər il İordaniya padşahının yoldaşı Raniya Abdullahın təşkilatçılığı ilə keçirilir.
Bu beynəlxalq müsabiqədə 30 ölkə nümayəndəsi Qurani-Kərimin tam, 15 ya 10 cüzvünün əzbərlənməsi, Qurani-Kərimin qiraəti sahələri üzrə rəqabət aparıblar.
Beynəlxalq Quran müsabiqəsində Qırğızıstan nümayəndəsi Qurani-Kərimin tam əzbərlənməsi sahəsi üzrə 4-cü yeri əldə etmişdir.
Qeyd etmək lazımdır ki, xanımlara məxsus bu müsabiqə xordad ayının 26-sı bu ölkənin paytaxtında öz fəaliyyətini tamamaladı.
827719
captcha