“İQNA”-nın “İmam Hüseynin (ə) Hərəmin”-ə istinadən verdiyi xəbərə görə, İmam Hüseynin (ə) Hərəmin Darül‑Quranın Tədris Mərkəzinin məsulu Əli Talib bildirib ki, proqram Qurani‑Kərimdən ayələrin tilavəti ilə başlayıb. Tilavəti İmam Hüseynin (ə) və Həzrət Abbas (ə) hərəmlərinin qarisi və müezzini Seyyid Abdullah Zöheyr Hadi yerinə yetirib.
O əlavə edib ki, daha sonra Bağdad İmam Kazım (ə) Universitetinin rektoru Dr. Əbdülcəlil Münşid Xələf çıxış edərək İmam Hüseynin (ə) Hərəminin heyətini salamlayıb, kollecin tələbələrin maariflənməsinə xidmət edən Qurani fəaliyyətlərə xüsusi önəm verdiyini vurğulayıb və İmam Hüseynin (ə) Hərəminin Darül‑Quranının həyata keçirdiyi faydalı layihələri yüksək qiymətləndirib.
Bundan sonra Darül‑Quran əl‑Kərimin rəisi Şeyx Dr. Xeyrəddin Əli əl‑Hadi Qurani‑Kərim ayələri və Əhli‑beyt (ə) rəvayətlərinə istinad edərək tərbiyəvi‑əxlaqi mövzuda çıxış edib. O, gənclərin Quranla bağlılığının əhəmiyyətini, İmam Hüseynin (ə) Hərəminin tələbələrə dəstək verməkdə və “Zeynəbi iffəti”nə söykənən dini kimliyi gücləndirməkdə oynadığı rolu açıqlayıb.
Festival çərçivəsində “Mövzulu hifz” bölməsi də yer alıb. Bu mərhələ Bağdaddakı Darül‑Quran tələbələri tərəfindən, müəllim Sair əl‑Kəbinin nəzarəti ilə icra olunub.
Proqramın sonunda İmam Hüseynin (ə) Hərəminin heyətinin üzvləri və İmam Kazım (ə) Kollecinin məsulları tərəfindən layihənin məzunlarına təşəkkür lövhələri və hədiyyələr təqdim edilib.
Bu fəaliyyətlər İmam Hüseynin (ə) Hərəminin Darül‑Quranının davamlı proqramları çərçivəsində həyata keçirilir və məqsəd universitet mühitində Quran dəyərlərini möhkəmləndirmək və dini kimliyi gücləndirməkdir.
4349538