IQNA

Seneqalın paytaxtında Afrika Quran müsabiqələrinin bağlanış mərasimi keçirildi

3:25 - April 30, 2026
Xəbər sayı: 3500252
İQNA – Seneqalın paytaxtı Dakar şəhərində Afrika ölkələrinin Quran və Sünnə müsabiqələrinin bağlanış mərasimi təşkil olunub.

“İQNA”-nın “Muslimun Həvləl‑Aləm portalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Qurani-Kərimin hifzi və Sünnə müsabiqələri üzrə münsiflər komitələri iki gün davam edən intensiv dinləmələrdən sonra 53 ölkədən 100 iştirakçının tilavətlərini qiymətləndirərək işlərini başa çatdırıblar.

Bu müsabiqə Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinin nəzarəti altında yüksək dəqiqlik və təşkilatçılıqla, Quran və Sünnə hifzinin müxtəlif bölmələri üzrə gərgin rəqabət şəraitində keçirilib.

Afrika ölkələrindən geniş iştirak bu müsabiqələrin Qurani-Kərimin hifzini təşviq etməkdə və İslam dəyərlərini gələcək nəsillərə aşılamaqda oynadığı qlobal rolu nümayiş etdirir.

Bağlanış mərasimi Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Al-Şeyxin virtual iştirakı və 30-dan çox peyk kanalının canlı yayımı ilə keçirilib. Mükafatların ümumi dəyəri 2 milyon 100 min Səudiyyə rialını keçib ki, bu da bu təşəbbüslərə verilən böyük dəstəyi göstərir.

Müsabiqə iki əsas bölmədə təşkil olunub: 

- Qurani-Kərimin hifzi, 

- Sünnənin hifzi.

4349101

Teqlər: seneqal ، quran ، müsabiqə ، afrika
captcha