IQNA

Beynəlxalq Quran sərgisində mobil telefonlar üçün 7 dildə Quran proqramları

16:28 - August 02, 2011
Xəbər sayı: 2164141
Beynəlxalq şöbə: Kovsər Proqram təminatı şirkəti Tehranda keçirilən XIX Beynəlxalq Quran sərgisində mobil telefonlar üçün 7 dildə Quran proqramları sərgiləyir.
İQNA Quran agentliyinin məlumatına əsasən, bu proqram Nokia, Simens və digər mobil telefonlarda fars, ordu, ərəb, ingilis, İspaniya, İtayla və Fransa dillərində hazırlanıb.
Proqramda Quranın mətni “Osman Taha” xətti ilə 604 səhifədə yazılıb. Quran 5 beynəlxalq səviyyəli qari tərəfindən tərtillə oxunub. Proqramda axtarış sistemi, proqramın yükləmə və istifadə qaydaları və səhifələrin seçilməsi kimi imkanlar mövcuddur.
Kovsər Proqram təminatı şirkəti bu proqramdan başqa digər islami və Qurani proqramlar da hazırlayıb sərgidə sərgiləyir. O cümlədə 68600 mövzuda Quran ayələrinin mövzular üzrə araşdırılması məqsədi ilə “Səlsəbil” adlı diski göstərmək olar.
XIX Beynəlxalq Quran sərgisi avqustun 27-nə kimi Tehranda davam edəcək. Maraqlananlar hər gün saat 17:00-24:00-a kimi sərgiyə tamaşa edə bilərlər. 834574
captcha