IQNA

Dünya üzrə Quran hifzi müsabiqəsində pakistanlı uşaq birinciıik qazandı

11:45 - August 15, 2011
Xəbər sayı: 2170975
Beynəlxalq şöbə: 7 yaşlı pakistanlı uşaq Məkkədə keçirilən dünya üzrə Quran hifzi müsabiqəsində birinci yerə layiq görüldü.
İqna Quran Xəbər Agentliyi (İQNA): Paktribune xəbər agentliyinin verdiyi məlumata görə, dünyanın 35 ölkəsindən gələn yüzlərlə iştirakçı arasından Fəzl Əzim bu müsabiqədə birinci yerin sahibi oldu.
Hər il Məkkə şəhərində keçirilən müsabiqədə iştirakçıların qiraət tonu və Quran ayələrini bəyan etmə forması qiymətləndirilir. Müsabiqənin məsulu qari Muhəmməd Yusif deyir: “Pakistanlı uşağın qalib gəlməsi müsabiqə tarixində ilk dəfə baş verir. Çünki hər il bu müsabiqəyə dünyanın hər yerindən ana dili ərəb olan yüzlərlə iştirakçı qatılır. Keçən il 3 pakistanlı tələbə burada ikinci yerə layiq görüldülər, lakin birinci yeri qazana bilmədilər. Amma Fəzl Misir, Türkiyə, Suriya kimi ölkələrdən gəlmiş və Quran tələffüzü sahəsində tanınmış rəqiblərini geridə qoya bildi.” 842353
captcha