IQNA

Çap səhvlərinə görə bir Quranın nəşri qadağan olundu

18:16 - August 17, 2011
Xəbər sayı: 2172854
Beynəlxalq şöbə: Fələstinin böyük müftisi Muhəmməd Hüseyn çap səhvlərinə, surələrin və səhifələrin nizamsızlığına görə bir Quranın nəşrinə qadağa qoydu.
İqna Quran Xəbər Agentliyi (İQNA): Nablustv televiziya kanalının verdiyi məlumata görə, Fələstinin böyük müftisi, Qazilər şurasının rəhbəri Muhəmməd Hüseyn deyib: “Tərtibat və səhifə nizamsızlığına görə bir Quranın nəşri qadağan edilmişdir. Bu nüsxə Misirin paytaxtı Qahirə şəhərində Əl-Əzhər universitetinin İslami Araşdırmalar Mərkəzindən verilən 1 aprel 2009-cu il tarixində 67 saylı lisenziya ilə çap edilmişdir. Lakin bu Quranda 291-324-cü səhifələr yoxdur və Nəml surəsi də iki dəfə gəlmişdir.”

Baş müfti kitabxanalardan və fərdlərdən tez bir zamanda bu quranların toplanıb düzəldilərək yenidən istifadəyə verilməsini istəyib.

O, sözünün sonunda deyib: “Allah özü Quranı qoruyandır. Bu kitab da Onun qüvvəsi ilə səhv və təhriflərdən təmizlənəcək. Biz də Allahın razılığını əldə etmək üçün bu kitabı qorumaqda səy göstərməliyik.” 844691
captcha