İqna Quran Xəbər Agentliyi (İQNA): Pageshalal xəbər agentliyinin verdiyi məlumata görə, müsabiqə Marsel Müsəlmanları Mərkəzi tərəfindən Ramazan ayı münasibətilə keçirilir. Müsabiqəyə qeydiyyat avqustun 15-dən 24-ə kimi davam edəcək. Həmçinin Marsel Müsəlmanları Mərkəzinin məsulları qeyd etmişlər ki, müsabiqədə yaş həddi nəzərdə tutulmamışdır.
Müsabiqənin şərtlərinə görə, 4-9 yaşlı uşaqlar Şəms, Qəmər, Mütəffifin və Nəbə surələrini, 10-16 yaşlı uşaqlar Cümə, Müzzəmmil və Fəcr surələrini, 17-49 yaşlılar Luqman, Qaf, Rəhman və Qədr surələrini, 50 yaşdan yuxarı olanlar isə Səcdə Hucurat, Qiyamət və Qədr surələrini əzbərləməli, eyni zamanda bütün yaş kateqoriyaları Quranı qiraət etməyi bacarmalıdırlar.
Mərkəzdən bildirilib ki, hər kateqoriyada ilk 3 yeri tutanlara dəyərli hədiyyələr veriləcək. 845166