IQNA

Liviyalı Quran hafizi “Dubay mükafatı” Beynəlxalq Quran Müsabiqəsinin qalibi oldu

11:14 - August 22, 2011
Xəbər sayı: 2174925
Beynəlxalq şöbə: 15-ci “Dubay mükafatı” Beynəlxalq Quran Müsabiqəsində Liviyadan yarışa qatılan Əhməd Muhəmməd Saleh ən çox xal toplamaqla birincilik əldə etdi.
İqna Quran Xəbər Agentliyi (İQNA): Khaleej Times xəbər agentliyinin verdiyi məlumata görə, liviyalı hafiz 2-ci və 3-cü yeri qazanan qətərli Əbdullah Həmd Əbu Şurəydə və türkiyəli Əhməd Sarıkayanı qabaqlayaraq birinci yerə layiq görülüb.
Şri-lankalı Əbdülqadir İsmi, qazaxıstanlı Şirzad Xizin, tacikistanlı Burhanəddin Zərif, mərakeşli Ənvər bu Səlah, iranlı Muhəmməd Xətibi, bəhreynli İbrahim Həmdan və əfqanıstanlı Əbdülvahid Məsumi 4-10-cu yerlərə layiq görülüblər.
Qaliblər avqustun 20-də “Muməzzər” elm və mədəniyyət mərkəzində təşkil olunan bağlanış mərasimində mükafatlandırılıblar.
Birinci yerə 250.000 əmirlik dirhəmi-AED (təxminən 53.500 AZN), ikinci yerə 200.000 AED (42.750 AZN), üçüncü yerə isə 150.000 AED (32.000 AZN) pul mükafatı hədiyyə verilib. 4-10-cu yerlərə də 65000-35000 AED (14000-7500 AZN) arasında pul mükafatları təqdim edilib. 846612
captcha