IQNA

Misirdə keçirilən Quran müsabiqəsinin iştirakçıları Qahirənin Təhrir meydanında görüşüblər

17:35 - August 24, 2011
Xəbər sayı: 2176394
Beynəlxalq şöbə: Misirdə keçirilən 19-cu Beynəlxalq Quran müsabiqəsinin mühsiflər heyəti və iştirakçıları avqustun 22-də Misir İnqilabına şahid olan Təhrir meydanında olublar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “Yeddinci gün” qəzetinin verdiyi məlumata görə, dünyanın 66 ölkəsindən bu müsabiqəyə gəlmiş iştirakçılar Təhrir meydanında və Misir muzeyində olmuş, muzeydə nümayiş etdirilən eksponatlarla tanı olmuşlar.
Münsiflər heyətinin üzvü bəhreynli Cəfər Yusif bu barədə deyib: “Təhrir meydanındakı xalq inqilabı ərəb inqilablarının ən kamil nümunəsi və ölkəni Husnu Mübarək rejiminin pozğunluqlarından təmizləyən bir hərəkat idi.”
Xatırladaq ki, bu müsabiqə avqustun 18-də Əl-Əzhərin şeyxi, Misir Vəqf İdarəsinin nümayəndələri, siyasi və dini şəxsiyyətlərin iştirakı ilə Əl-Əzhər universitetinin “Muhəmməd Əbduh” salonunda başlamış və avqustun 27-də sona çatacaq. 848365
captcha