“İQNA”-nın “Əl-Məsirə”-yə istinadən verdiyi məlumata görə, Yəmənin Sənada yerləşən Xarici İşlər Nazirliyi, çərşənbə axşamı verdiyi rəsmi bəyanatda, regiondakı son gərginliklərlə bağlı mövqeyini izah etdi və Sionist rejimi ilə ABŞ-ı yeni hərbi təxribatlar etməmələri barədə xəbərdar etdi.
Yəmən Xarici İşlər Nazirliyi, "Hürmüz boğazındakı böhranın həlli və vəziyyətin sakitləşməsi üçün ABŞ və Sionist rejiminin İran İslam Respublikasına qarşı ortaq təcavüzlərinə dərhal son verilməsi lazım olduğunu" vurğuladı. Sənə, açıq şəkildə bəyan etdi ki, bölgədəki dəniz sabitliyi yalnız İran əleyhinə düşmənçiliklərin sona çatdırılması ilə mümkün ola bilər.
Bəyanatda, Sionist rejiminin bölgədəki son hücumlarına da diqqət çəkildi: "Yəmən, İran, Livan və Fələstinə qarşı davam edən təcavüzlərə qarşı heç vaxt laqeyd olmayacaq."
Yəmənin mövqeyi, müttəfiqlərinə dəstək vermək və düşmənlərin təcavüzlərinə qarşı mübarizə aparmaqda "açıq, sərt və şübhəsiz" olduğu vurğulandı və Sənə bu prinsipdə heç bir qeyri-müəyyənlik qalmadığını bəyan etdi.
4349340