IQNA

Filippində Quranın hifzi və qiraəti üzrə müsabiqə keçirilir

18:13 - August 28, 2011
Xəbər sayı: 2178239
Beynəlxalq şöbə: Müsabiqə avqustun 26-da Filippinin paytaxtı Manila şəhərində təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Küveytin KUNA xəbər agentliyinin verdiyi məlumata görə, müsabiqə Küveytin Filippindəki səfirliyinin və Filippin Müsəlmanları Milli Şurasının dəstəyi ilə keçirilib.
Küveytin Filippindəki səfiri Vəlid K. deyib: “Bu müsabiqə müsəlmanlar arasında, xüsusilə Filippində əlaqələrin yaradılması üçün keçirilir.”
Filippinin Dini İşlər naziri Umeyrə Luqman Küveyt səfirliyinin bu müsabiqədəki səylərini dəyərləndirərək deyib: ”Quran müsabiqələrinin təşkil olunması filippinli müsəlmanların Quran barəsində məlumatlarının artması, bu sahədə daha çox bilik əldə etmələri üçün böyük fürsətdir.” 850366
captcha