IQNA

Quran məfhumları cəmiyyətdə fərd-fərd olaraq bütövləşir

15:23 - September 15, 2011
Xəbər sayı: 2187738
Quran işləri üzrə şöbə: Quran məfhumları cəmiyyətdə fərd-fərd olaraq bütövləşir, buna görə də Quran təlimini yaymaq üçün ev-ev bunu təbliğ etməliyik.
İqna Quran Xəbər Agentliyi (İQNA): Pakistanın Lahur əyalətinin “Ali İmran” mədrəsəsinin məsulu, Quran hafizi Hüccətül-İslam Muhəmməd Əli İqnanın müxbiri ilə söhbətində Quran təbliği mövzusunda deyib ki, bu formada Quranı təbliğ etməkdə məqsəd İlahi kəlamın məfhumlarını yaymaq və insanlarla bu anlayışları tanış etməkdir.
O, sözünün davamında bildirib ki, Quran məfhumları cəmiyyətdə fərd-fərd olaraq bütövləşir, buna görə də Quran təlimini yaymaq üçün ev-ev bunu təbliğ etməliyik. Bu yolla Quran öyrənən uşaqların valideynləri də sistemdən çox razıdırlar. Hətta yaşlı insanlar da Quran öyrənmək istədiklərini dilə gətiriblər.
Muhəmməd Əli qeyd edib ki, mədrəsədə hal-hazırda 40 tələbə yeni üsul ilə təhsil alır. Bundan başqa dövlət məktəblərində təhsil alan tələbələr də Quran təlimi proqramından kənarda qalmayıblar.
Sözünün sonunda müsahib bildirib ki, madi imkan olmadığından hələ ki, bölgədə Quran Mərkəzi açmaq gücündə deyil. O, ümid edir ki, yaxın gələcəkdə bu istəklərinə də nail olacaqlar. 858756
captcha