IQNA

“İsra tərcümə mərkəzi”-ndə urdu dili şurası təşkil olundu

13:12 - October 12, 2011
Xəbər sayı: 2203716
Fikir və təfəkkür şöbəsi: Urdu dili şurası bu dildə tərcümə edilmiş kitabların dəyərləndirilməsi məqsədilə İsra adlı ruhani və elmi beynəlxalq mərkəzində fəaliyyətə başladı.
İran Quran Xəbər Agentliyi (İQNA): İsra tərcümə mərkəzinin məlumatına əsasən, İsra tərcümə mərkəzinin rəhbəri Həsən Əbdipur bu xəbəri verərək dedi: Bu şura həmçinin rəsmi əlaqələrin formalaşması üçün saytda qeydiyyata düşmək niyyətindədirlər.
Əbdipur əlavə etdi: Urdu dili şurası altı tərcüməçidən təşkil olunmuşdur, onun son iclasında da “namazın sirləri” kitabının tərcüməsi onun təcüməçisinin iştirakı ilə tədqiq edildi.
Tərcümə mərkəzinin rəhbəri yaxın gələcəkdə İsra tərcümə mərkəzində alman dili şöbəsinin də təşkil olunacağını qeyd etdi. 877841
captcha