IQNA

MDB ölkələrinin Tatarıstanda Quran müsabiqələri keçiriləcək

15:55 - November 02, 2011
Xəbər sayı: 2216617
Quran fəaliyyətləri şöbəsi: 8-ci Qurani –Kərim müsabiqələri cari il azər ayıın 3-4-də MDB ölkələrinin iştirakı ilə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA):Avropa məntəqə şöbəsinin məlumatına əsasən, bu müsabiqələr Rusiyanın islam universiteti və Quran hafizləri mərkəzinin himayə və təşəbbüsü ilə keçiriləcək.
Bu müsabiqələrdə iştirak edənlər əsasən kamil Quranın əzbərlənməsi, Qurani-Kərim ayələrinin qiraəti sahəsində rəqabət aparacaqlar.
Bu Quran müsabiqələrinin təşkilat komitəsinin dediyinə görə, bu rəqabətlərdə MDB ölkələrinin qariləri və hafizləri öz yerli geyimləri ilə çıxış edəcəklər.
Qeyd olunmalıdır ki, MDB ölkələrinin Qurani-Kərim müsabiqələrinin keçirilməsi 1384-cü ildən Tatarıstan Respublikasının paytaxtı Kazanda başlanmışdır. 891281
captcha