İQNA xəbər agentliyinin Avropa regionu şöbəsinin verdiyi xəbərə görə, bu müsabiqə "2012-ci il: Quran ili" proqramları çərçivəsində bu şəhərin müxtəlif məntəqlərindən olan 40 oğlan və 30 qız yeniyetmənin iştirakı ilə Quranın hifz və qiraəti üzrə keçirildi.
Müsabiqədə iştirak edənlər Quranın kamil hifz və qiraəti, 15 cüzün hifzi və qiraəti, 10 cüzün hifzi və qiraəti və istənilən tək cüzün hifzi və qiraəti üzrə yarışdılar.
Oğlanlar qrupunun münsiflər heyəti bu ölkənin alim və quranşünaslarından olan Rəsul Xeyrəddinov və Reyhan Nəcmuddinov iştirakı və Qasim Əbdülcəlilin – Quran hafizi, Qari və Rusiya İslam insititunun ustadı, başçılığı ilə təşkil olunmuşdu. Qızlar qrupunun münsifləri heyəti isə Qasim Əbdülcəlilin xanımının başçılığı altında bir qrup qadından təşkil olunmuşdu. Bu iki qrup qız və oğlanların quran məharətlərini qiymətləndirirdilər.
Müsabiqənin axırında fərqlənənlərə qiymətli hədiyyələr təqdim olundu.
975672