IQNA

Yeni nazirlər kabinetinin qiymətləndirilmə meyarı "Fəqihin Vilayəti"nə sadiq olmasıdır / İdarələrdə dini örtüyün vəziyyəti tənqid olunacaq haldadır

22:07 - September 13, 2013
Xəbər sayı: 2588850
Siyasi qrup: Tehranın Cümə Namazının xətibi Ayətullah Müvəhhidi Kermani bu gün Cümə Namazının xütbəsində dedi: "Yeni nazirlər kabinetinin qiymətləndirilmə meyarı "Fəqihin Vilayəti"nə sadiq olmasıdır. Dövlət problemlərin həlli, işsizlik və bahaçılığın aradan qaldırılması yönündə addımlar atmalı və dövlət idarələrində qadınların dini örtüyünə diqqət və nəzarət olunmalıdır.
İQAN-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Tehranın Cümə Namazının xətibi Ayətullah Müvəhhidi Kermani bu gün 13 sentyabr Cümə Namazının xütbəsində dedi: "Yeni nazirlər kabinetinin qiymətləndirilmə meyarı "Fəqihin Vilayəti"nə sadiq olmasıdır. Dövlət, problemlərin həlli, işsizlik və bahaçılığın aradan qaldırılması yönündə addımlar atmalı və dövlət idarələrində qadınların dini örtüyünə diqqət və nəzarət olunmalıdır.
O xütbəsində möminlərin vəzifəsinin zəmanəni tanımaq və düşmənin məkrlərindən xəbərdar olmaq olduğunu bildirərək deyib: “İslam düşmənlərini qorxuya salan şəxsiyyətə sahibdir. Düşmənlər anlayıblar ki, islam dünyanın hamıya məxsus olduğunu deyir. İzzət və ilahi nemət yalnız bir qrupa xas deyil. Düşmən isə belə demir. O Fironun dediyi kimi “Mən sizin Allahınızam, hər şey mənimdir. Bəni İsrailin heçbir şeyə haqqı yoxdur.” deyir. Onlar dünyanı bir kənd hesab edir və özlərini də bu kəndin sahibi. Heçkimin bu kəndlə bağlı qərar qəbul etməsinə haqqı yoxdur deyirlər. BMT-ni guya insan haqqlarını qorumaq üçün yaradıblar, lakin Ayətullah Xameneinində dediyi kimi “Yalan deyirlər”. Düşmən islamın və İranın gücünü bölgədə yaranan islami oyanışla anladı. Qərb islamla mübarizə aparmaq üçün İsrail adında xərçəng şişini müsəlmanların canına salıb. Lakin buna baxmayaraq Rəsulullahın zamanında olduğu kimi bu zamanədədə düşmənin qəlbinə qorxu salan müsəlmanlar mövcuddur.”
O bölgədə gedən proseslərə toxunaraq bildirib: “Əlbəttəki düşməndə sakit qalmır. Misirdə yaranan dövlət vəzifəsinə əməl etmədi, hörümçək toruna ümüd bağladı və Fələstini himayə etmədi. Xalqı xalqa düşmən etdilər, lakin biz Misir xalqının birləşəcəyinə və vəhdət yaradacağına inanırıq. Suriya məsələsinə gəlincə, düzdü ABŞ-ın ağıllanması çətin işdi, lakin ayılmalı və anlamalıdır ki, Suriyada baş verən döyüşün faciələri sadəcə bu ölkəyə deyir bölgəni əhatə edəcək. İlk zərbəni alan elə ABŞ və qanunsuz övladı İsrail olacaq. Müsəlmanlar bu məsələdə ayıqdırlar və addımları ilə düşməni sirkələyirlər. Lakin düşmənin heç bir yerdə insanları qətlə yetirməkdən qorxusu yoxdur və insanların canı onlar üçün dəyərsizdir.”
O İranın daxili vəziyyətinə də münasibət bildirərək deyib: “Xalq həqiqətən bu bahaçılıqdan artıq təngə gəlib. Dövlət işsizlik probleminin həllini düşünməli və bunun münasib açarından istifadə etməlidir. Bilirik ki, bu problemlərdən bəzilərinin həlli 1-2 aylıq deyil, lakin dövlət bunlarla bağlı hökmən addım atmalıdır. Eyni zamanda dövlət fəsadın qarşısını almaq üçün idarələrdə hicabın kamil şəkildə riayət edilməsinə də diqqət yetirməlidir.”
İmam Cümə söhbətlərinin sonunda imam Rza (ə) və əziz bacısı Fatimeyi Məsumənin (ə) təvəllüdü münasibəti ilə müsəlmanları təbrik edib.

1287190
captcha