IQNA

Səid Cəlili, İran İslam Respublikasının Dövlətin Ali Məsləhət Şurasının üzvü oldu

23:39 - September 13, 2013
Xəbər sayı: 2588857
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei yeni fərman imzalayaraq Doktor Səid Cəlilini İslam Respublikasının Dövlətin Ali Məsləhət Şurasının (qurumun mənafeini müəyyənləşdirən birlik) üzvü təyin etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei yeni fərman imzalayaraq Doktor Səid Cəlilini İran İslam Respublikasının Dövlətin Ali Məsləhət Şurasının (qurumun mənafeini müəyyənləşdirən birlik) üzvü təyin etdi.
Fərmanın mətni:
Bismillahir-rəhmanir-rəhim
Cənab Doktor Səid Cəlili
Sizin son illərdə Milli Təhlükəsizliyin Ali Şurasındakı qiymətli təcrübələrinizi nəzərə alaraq, zati-alinizin xidmət və zəhmətlərinə görə sizə təşəkkür edir və sizi İran İslam Respublikasının Dövlətin Ali Məsləhət Şurasının (qurumun mənafeini müəyyənləşdirən birlik) üzvü təyin edirəm.
Sizə Allah-Taaladan uğurlar diləyirəm.
Seyid Əli Xamenei
21 Şəhrivər 1392
12 Sentyabr 2013
1286971
captcha