IQNA

Əli Şəmxani, İran İslam Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ali Şurasında Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xameneinin nümayəndəsi vəzifəsinə təyin edildi

23:56 - September 13, 2013
Xəbər sayı: 2588859
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei yeni fərman imzalayaraq Əli Şəmxanini, İran İslam Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ali Şurasında Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xameneinin nümayəndəsi vəzifəsinə təyin etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei Ana Qanunun 176-cı əslinə uyğun olaraq yeni fərman imzalayaraq Əli Şəmxanini, İran İslam Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ali Şurasında Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xameneinin nümayəndəsi vəzifəsinə təyin etdi. Əli Şəmxani bu vəzifədə üç il müddətində xidmət edəcəkdir.
Fərmanın mətni:
Bismillahir-rəhmanir-rəhim
Hörmətli Əli Şəmxani cənabları
İran İslam Respublikasının Ana Qanununun 176-cı əslini rəhbər tutaraq sizi 3 il müddətinə İran İslam Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ali Şurasında özümün (Ali Dini Liderin) nümayəndəsi vəzifəsinə təyin edirəm.
Burada özümə lazım bilirəm ki, Doktor Həsənin Ruhaniyə də bu vəzifədə göstərdiyi xidmətlərə görə təşəkkür edəm.
Seyid Əli Xamenei
21 Şəhrivər 1392
12 Sentyabr 2013

1286965

captcha