İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Höccətül-İslam vəl-müslimin Dr. Həsən Ruhani bu gün sentyabr ayının 22-də Silahlı Qüvvələrin "Müqəddəs Müdafiə" həftəsi münasibəti ilə keçirdiyi parad toplantısında çıxışı zamanı İmam Xomeyni (r.ə), Müqəddəs Müdadiə və İslam İnqilabı şəhidlərinə dərin hörmətini və İran xalqına minnətdarlığını bildirərək vurğuladı: "Mən çox şadam ki Müqəddəs Müdafiənin 33-cu il dönümündə o dövrun fədakarlıqlarının təmsilçiləri ilə bərabər tam iftixarla əzəmət, güclülük və sarsılmazlıq hissini yaşayıram.
Səkkiz illik müdafiədə təcavüzkarı məhv edən, səddamçıların vücuduna lərzə salan və bizim üçün şərəf, izzət və başıucalıq gətirən İran qoşunları qəhrəmanlarına salam olsun".
Ruhani çıxışında İran xalqı ilə hədə dili ilə danışanlara xəbərdarlıq edərək təkidlə bildirib: “Bu güclü və inqilabçıl xalq ilə hədə vəmüharibə dili ilə danışmaq olmaz.”
Paradda İranın Silahlı Qüvvələrinin quru, hava və dəniz üzrə yeni hərbi təchizatları və nailiyyətləri nümayiş etdiriləcək.
Bu mərasimdə Silahlı Qüvvələrin yüksək səviyyəli komandanları, müdafiə naziri və xarici ölkələrin hərbi attaşelərindən bir qrupu da iştirak edir.
Höccətülislam vəlmüslimin Həsən Ruhani əlavə edib: Biz dünyaya demək istəyirik ki, xalqın inqilabın ilk illərində ölkənin quruculuğu fikrində olduğu bir şəraitdə; ordu və qoşunun klassik bir müharibə üçün lazımi hazırlığa malik olmadığı bir şəraitdə; xalqın uşaq və gənclərini yeni təhsil ilini qarşılamağa hazırladığı və hacıların Allah Evini ziyarətə yollanmaq istədiyi bir halda İran təcavüzə məruz qaldı.
İran İslam Respublikası prezidenti deyib: Qərb İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyətlərini İran xalqının təbii haqqı olaraq qəbul etməlidir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İran Silahlı Qüvvələrinin Müqəddəs Müdafiə Həftəsinin ilk günü olaraq Tehranda Həzrət İmam Xomeyni (rə) pak hərəminin kənarında keçirdiyi paradda deyib: Qərb İranın bütün nüvə hüququ, o cümlədən beynəlxalq qanunlar çərçivəsində uranın zənginləşdirilməsini qəbul etməlidir və bilməlidir ki, İranın bütün dünyaya müraciəti sülh və dostluq və əməkdaşlıq və həmrəylik yolu ilə regional və beynəlxalq problemlərin həllidir.
İRİB-in məlumatına görə, İran prezidenti əlavə edib: İran İslam Respublikası nüvə məsələsinin həlli üçün qərblə ilkin şərt olmadan danışıqlara hazırdır və inanır ki, qarşı tərəf bərabər və ikitərəfli mənafe çərçivəsində qarşılıqlı hörmət əsasında meydana daxil olmalıdır.
"İran böyük və inqilab sivilizasiyasına malik qüdrətli ölkədir. Elə buna görə, beynəlxalq qüdrətlərə tövsiyə olunur ki, İran xalqı ilə zor və təhdid dili ilə danışmasınlar. Çünki təhdid, müharibə və diplomatiyanın bir-birinin kənarında mənası yoxdur və heç bir məntiqli və azad xalq bir masa üzərində təhdid və diplomatiya seçimlərini qəbul etmir" –deyə Ruhani əlavə edib.
İran prezidentinin sözlərinə görə, İran xalqı kütləvi qırğın silahları deyil, yalnız inkişaf və nailiyyət ardıncadır. Elə buna görə, Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində addım atıb və ona sadiqdir.
İraq tərəfindən İrana qarşı elan olunmamış 8 il müharibənin diqqət mərkəzində saxlanılmasının zəruriliyinə toxunan Ruhani söyləyib: İslam İnqilabı düşmənləri təsəvvür edirdilər ki, bir diktatoru təhrik etməklə və ona hərbi və maliyyə dəstəyi verməklə böyük bir xalq və dini inqilabı aradan götürə biləcəklər.
İran prezidenti əlavə edib: İslam İnqilabı düşmənlərinin İraqın edam olunmuş diktatoru Səddam rejiminə olan siyasi, informasiya və silah, o cümlədən kimyəvi silah dəstəyi İran xalqını təslimə məcbur edə bilmədi, üstəlik İran torpağının hətta bir qarışı olsun belə, işğalda qalmadı.
Ruhani qeyd edib: Müharibənin İran və İraqa çoxlu milli xəsarətlər vurmasına baxmayaraq, bunlardan heç biri İslam İnqilabı düşmənlərini bu inqilabı yayındırmaq və yaxud məhv etməklə bağlı nəhs məqsədlərinə çatdıra bilmədi.
"İran ötən 200 ildə heç bir ölkəyə təcavüz etməyib" deyən İran prezidenti söyləyib: İranlılar heç vaxt təhdid və təcavüz əhli olmayıblar və regionda müstəmləkəçilik məqsədləri güdməyiblər. Lakin təcavüzkar qarşısında bir an belə dözmür, təcavüzkarlar qarşısında möhkəm müdafiə ilə İran və iranlının şərəfi, istiqlaliyyəti və ərazi bütövlüyünü müdafiə edib və edəcəkdir.
Prezident bildirib: İranın Silahlı Qüvvələrinin rəşadətliliyi və müqaviməti qarşısında baş əymək lazımdır və dünyaya elan edilməlidir ki, İran ordusu region ordularının əksinə olaraq, demokratik olmuş və siyasi məsələlərdə müdaxilə etmədən həmişə xalqın tələbi qarşısında təslim olmuşdur.
Son 3 on ildə hərbi hökumət və hərbi quruluşun olmamasının İranın Silahlı Qüvvələrinin fəxrlərindən olduğunu bəyan edən İran prezidenti bildirib: Region ölkələri İranın Silahlı Qüvvələrindən xəlqi demokratiya dərsi öyrənməlidirlər.
Bəzi ölkələrin regionda təcavüzkar və terrorçuları maliyyə və silah cəhətindən dəstəklədiyinə toxunan Ruhani deyib: İranla müharibədə Səddam rejiminin dəstəklənməsinin İslam İnqilabı düşmənləri üçün heç bir nəticəsi olmadığı kimi regionda hazırkı terrorçulara dəstək də onların hamilərinə nəhs nəticələrdən başqa heç bir faydası olmayacaqdır.
İran prezidenti İran Silahlı Qüvvələrini regionun stabillik və təhlükəsizlik amili adlandırıb və deyib: İranı qonşular və digərləri üçün təhdid amili hesab edən bəzilərinin iddiasının əksinə olaraq, kütləvi qırğın silahlarına malik olaraq region üçün təhlükə mənbəyi olan sionist İsrail rejimi bütün beynəlxalq qanun-qaydaları pozur.
İran İslam Respublikasının müharibəyə qarşı olduğunu və onu bəyənilməmiş və xəsarətli hesab etdiyini deyən Ruhani bildirib: Militaristlərə tövsiyə olunur ki, regionda başqa bir müharibənin ardınca olmasınlar. Çünki peşmanedici mənfi nəticələrlə üzləşəcəklər.
Regionun hazırkı prosesləri, o cümlədən Suriya məsələsinə münasibət bildirən İran prezidenti əlavə edib: Problem və məsələləri müharibə yolu ilə həll etmək olmaz və böhranların yeganə həll yolu region ölkələrinin məntiq, siyasət, əməkdaşlıq və həmrəyliyi ilə mümkündür.
"Hamı Suriyada müharibənin dayanması və Suriya xalqının tələblərinin gerçəkləşməsi çərçivəsində siyasi danışıqların keçirilməsi üçün çalışmalıdır" –deyə İran prezidenti bildirib.
İran İslam Respublikası Silahlı qüvvələrinin önləyici qüvvələr olduğunu bəyan edən Ruhani qeyd edib: Önləyiciliyin kənarında vətənə sevgi, müqavimət, sayıqlıq və beynəlxalq və regional məsələlərə diqqət yetirmək və modern müdafiə təchizatı ilə təchiz olmaq onların və İran hökumətinin vəzifələrindəndir.
İran prezidenti sonda deyib: İran Silahlı Qüvvələri onu özünün bir parçası hesab etdiyi xalqın müdafiəsinə hazırdır və yaradılan problem və təzyiqlərə baxmayaraq İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri sayəsində İran İslam İnqilabının gələcəyinə ümid gözü ilə baxır.
1291623