İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press TV" peyk kanalına istinadən verdiyi xəbərə görə Miyanmarın dövlət Televiziyası dünən oktyabr ayının 6-da xəbər verib ki, Miyanmar prezidenti müsəlmanların yaşadığı Raxin regionuna baxış keçirərkən Miyanmar polisi müsəlmanların yaşayış məntəqələrinə hücum edərək onların evlərini yandıran 40 nəfər ekstremist buddisti həbs edib.
Eyni vaxtda Miyanmar paytaxtının şimal-qərbinin 50 km-liyində yerləşən "Kyaung Gone" şəhərində də ekstremist buddistlər müsəlmanların evlərinə hücum edərək yandırmışlar.
Bundan 4 gün öncə də buddistlər "Thabyuchaing" kəndində bir müsəlman qadın və 4 kişini kəndə hücum zamanı qətlə yetirmişlər.
Keçən həftə də buddistlər Raxin əyalətinin Thandve regionunda sayları 700 nəfər olan buddistlər küçələrə tökülərək müsəlmanlara məxsus 60 evə od vuraraq yandırıblar.
Bu hücumlar nəticəsində miyanmarlı müsəlmanlardan çox sayda insan ölüb və bir-çox insanlar da qaçqın düşüblər.
BMT bu barədə Miyanmar dövlətinin məsuliyyət daşıdığınə desə də bu ölkədə müsəlmanların hüquqları vəhşicəsinə pozulur.
Ruhingiya müsəlmanları Miyanmarın 60 milyonluq cəmiyyətinin 5 faizini təşkil edir. Müsəlmanlar 1948-ci ildə Miyanmarın istiqlaliyyətindən bu yana hər gün dini və milli ayrı-seçkiliklərin qurbanı olaraq müxətlif hüquq pozuntuları ilə üzləşməkdədirlər.
1299220