İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Seyid Əhməd Xatəmi - Tehranın Cümə Namazı Xətibi, bu həftənin (11 oktyabr) Cümə Namazı xütbələrində İmam Baqir (ə)-ın şəhadəti ilə bağlı başsağlığı, Qurban bayramı ilə əlaqədar isə xalqa təbrik ünvanlayaraq hamını Ərəfə günü küçiriləcək mərasimdə iştirak etməyə çağırıb.
O sözlərinin davamında Ayətullah Xameneinin İranın daxili işləri ilə bağlım sözlərinə toxunaraq bildirib: “Ayətullah Xamenei keçən çıxışlarında tez-tez ölkə daxili məsələlərdə möhkəmlənməyin vacibliyinə toxunub. Həqiqət budur ki, ölkə daxili möhkəmlik düşmən müqabilində ən üstün silahdır. Bununla fitnələrlə mübarizə aparmaq mümkün olur. Bunun üçünsə 5 əsas gərəklidir. Birinci “Allaha inam”. Xalqımız 35 ildir ki, Allaha inamla öz daxili gücünü möhkəmlədə bilib. Siz Allahla olun o sizi yalnız buraxmaz. İkinci lazım olan insanların xüsusilə də cavanların “tutum”-udur. Bizim cavanlarımız ötən 35 ildə “Biz bacararıq” şuarını əməldə də hamıya isbat etdilər. Sanksiyalar zamanı düşməni sarsıdacaq nailiyyətlər əldə etdilər. Üçüncü amil isə “vəhdət”-dir. Bu millətin vəhdəti "Vilayəti-fəqih"dən sarılmasıdır. "Vilayəti-fəqih" bu ölkənin sərmayəsidir, olub və olacaq. “Vilayət-fəqihin ziddinə olanlara ölüm” şuarı islami inqilabın vəsiqəsidir. Bu şuar teorik cəhətdən deyil əməli şəkildə Vilayəti-fəqihlə zidd olanlara aiddir. Bu şuar 10 il mərhum imam Xomeyninin zamanında davam edib, bu günə qədər də davam etməkdədir və heç zamanda xalqımız dilində əksik olmayacaq.”
İmam cümə sonra “insaf”-ı dördüncü amil kimi qeyd edərək “İnsaf insaların qəlblərini yaxınlaşdıraraq şəffaflıq yaradır” deyib. O bu sözlərin davamında İran rəsmilərinin ABŞ-a səfərinə toxunaraq bildirib: “Cənab prezidentimiz bu səfərdə sənədli söhbətlər etdi və ölkəmizin şəffaf simasını bütün dünyaya göstərdi və Sionist rejim qarşısında mövqeyimizi açıqladı. Bu görməməzliyə vurulası məsələ deyil. Ayətullah Xamenei bu səfəri dəstəkləyərək bəzi addımların artıq olduğunu da bildirib. Buna yəni yaxşılıqları görüb yalnışlıqlarıda qeyd etməyə insaf deyərlər. Bizim xalqımız haqsevər xalqdır və məsullarına etimadları sonsuzdur. Çünkü onların niyyəti xalqa xidmətdən başqa bir şey deyil.”
Daxili məsələlərin möhkəmlənməsi üçün beşinci amil kimi “tənqidi qəbul etmək qabiliyyəti”-ni qeyd edən Ayətullah Xatəmi deyib: “Bu diqqət olunası mühüm mövzulardandır. Lakin tənqidçilər insaflı olmalı və məsullara hörmət etməlidirlər. Məsullar da öz növbəsində tənqidlərə açıq olmalıdırlar. Ayətullah Xameneinin “yersiz” adlandırdığı addımlar məsullara etimadsızlıqda irəli gəlmir. Biz Amerika dövlətini yalançı, riyakar və xain tanıyırıq. ABŞ bu gün gülümsəyərək İrana qarşı sanksiyaları qaldıracağını desədə bu bir yalandır. Bunun əlaməti olaraq Obamanın Netanyahuya “Hərbi müdaxilə olmaqla bütün variantlar masa üzərindədir” deməsidir. Bizdə İran xalqının 8 illik “Müqəddəs müdafiə”-sinin masamızın üzərində olmasını bildirərək təcavüzkar dövlətlərin ağzına vururuq.
Obama İranın sistemini dəyişmək istəmədiklərini deyir, lakin özləridə bilir ki, 35 ildir ölkəmizdəki sistemi dəyişmək üğrunda çalışırlar. Biz ABŞ-ın söylədiyi yalanları yazmaq istəsək buna vərəq yetməz. İran xalqının “ABŞ-a ölüm olsun” şuarınında qalma səbəbi budur. ABŞ dövləti böyük şeytandır və İrana qarşı olan planların bir başı məhz bu dövlətdir. “ABŞ-a ölüm olsun” şuarını İran xalqının dilindən silmək istəyən ABŞ və bəzi qüvvələr bilməlidirlər ki, bu şuar İran xalqının müqavimətinin açarıdır və ABŞ-ın şeytani işləri davam etdikcə bu şuar da davam edəcək. Bizim diplomatlarımız öz işlərini gördülər və bu şuar onların ABŞ-a vurduğu yumruğun gücünü dahada artırdı. ABŞ-a aid sənədlər (onunla müzakirə edilib edilməmə qərarı) daima İranın Ali Dini Lideri Ayətullah Xameneinin əlində olub və olacaqdır. Bu məsələ müzakirə də edilsə, ABŞ-a qarşı nifrətimiz azalmayacaq.”
1301360