IQNA

İsrailin və Təkfirçi Vəhabilərin maraqları müştərəkdir / Təkfirçilər İslam dünyası üçün ən böyük təhlükədir

20:32 - October 17, 2013
Xəbər sayı: 2604802
Təfəkkür qrupu: Ayətullah Üzma Məkarim Şirazi bu gün "İmam Səccad (ə) konqresi"nin məsulları və təşkilatçıları ilə görüşündə vəhabilərin İranın bəzi regionlarında nüfuz etməsinə işarə edərək bu sarıdan nigarançılığını bildirərək dedi: İsrailin və Təkfirçi Vəhabilərin bir-birinə oxşar proqramları göstərir ki, onların maraqları müştərəkdir və Təkfirçilər İslam dünyası üçün ən böyük təhlükədirlər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Şiələrin Ali Təqlid Mərcələrindən olan Ayətullah Üzma Məkarim Şirazi bu gün (17 oktyabr) İranın Hormozqan əyalətində keçirilən "İmam Səccad (ə) konqresi"nin məsulları və təşkilatçıları ilə görüşündə vəhabilərin İranın bəzi regionlarında nüfuz etməsinə işarə edərək bu sarıdan nigarançılığını bildirərək dedi: İsrailin və Təkfirçi Vəhabilərin bir-birinə oxşar proqramları göstərir ki, onların maraqları müştərəkdir və Təkfirçilər İslam dünyası üçün ən böyük təhlükədirlər.
O, bildirib: “Artıq vəhhabilər İranda da fəaliyyətə başlayıblar və bu xarici ölkələrin köməkliyi ilədir. Onlar sürətlə öz hədəflərini reallaşdırmağa çalışırlar. Bunun səbəbi vəhhabilərin Əhli-beyt tərəfdarlarının Orta Şərqdəki nüfuzlarını və inkişaf etmələrini görməsidir.
Hazırda şiəliyi təmsil edən ən qüdrətli ölkə İran olduğundan onlar təşvişə düşərək, ölkəmizə nüfuz etmək istəyirlər. Bu səbəbdən ölkədə sünnülərin sayının çoxalması uğrunda çalışırlar. Məşhəd, Urmiyə, Şiraz və digər şəhərlərdə evlər tiktirib, torpaqlar satın alırlar.
Bu aydındır ki, vəhhabilərin sayının artması ən çox İsrailin xeyrinədir. Mən dövlət rəsmilərinə də demişəm, əgər bu addımların qarşı indi alınmasa, gələcəkdə çətin olacaq. Bu konfransların olması sevindirici haldır və hamı bilməlidir ki, Əhli-beyt məktəbinin təbliğinə xərclənən hər bir riyal, həqiqətdə ölkəmizin təhlükəsizliyinə xidmətdir.”
Ayətullah Şirazi sözlərinin sonunda şiələrin vəhabilikdən fərqli olaraq heç bir din və məzhəblərlə problemi olmadığını vurğulayaraq, “Biz yalnızca nasibi və xəvaricləri kafir bilirik və digər din və islami məzhəblərə hörmətlə yanaşırıq. Şiələrin bugünkü vəzifələri məzhəbimizə atılan böhtanları aradan aparmaqdır. Çünki vəhhabilər hətta öz kitab və digər nşrlərində də Əhli-beyt tərəfdarlarına böhtan ataraq yalan danışırlar.”- deyə bildirib.
1304092
captcha