IQNA

İmam Əli (ə) hərəminin yeni günbəzinin açılış mərasimi keçirildi + FOTO

6:14 - December 18, 2016
Xəbər sayı: 3481153
İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu günü ilə eyni zamanda Nəcəf şəhərində İmam Əlinin (ə) hərəminin yeni günbəzinin açılış mərasimi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "NUN" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 18 Dekabr 2016-cı il – (17 Rəbiul-Əvvəl), günün ikinci yarısında, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və şiə məzhəbinin rəisi Həzrət İmam Sadiqin (ə) mövludu günü ilə eyni zamanda İraqın Nəcəf- Əşrəf şəhərində Həzrət İmam Əlinin (ə) hərəminin yeni günbəzinin açılış mərasimi keçirildi.

İmam Əlinin (ə) hərəminin günbəzi bu ziyarətgahın və Həzrət Əbəlfəzl Abbas (ə) ziyarətgahının İslami memarlıq və incəsənət ustalarının tərəfindən və İran İslam Respublikasının "Kövsər" şirkətinin həmkarlığı ilə yenidən təmir edilibdir.

Həzrət İmam Əlinin (ə) ziyarətgahının idarə heyətinin verdiyi məlumata görə, bu günbəzin diametri 51.5 metr, hündürlüyü isə 4.5 metrdir. Günbəzin təmirində xalis qızıl suyu ilə hazırlanmış 12 min kərpic istifadə edilibdir.

Səddam Hüseyn rejiminin zamanında sıradan çıxarılmış günbəzin yuxarısındakı qədim tarixi tac isə yenidən təmir olunubdur.

İmam Əlinin (ə) ziyarətgahının idarə heyətinin üzvlərindən birinin dediyinə əsasən bu günbəzin yenidən hazırlanmasında 180 kq. 24 əyarlıq xalis qızıldan istifadə edilmişdir.

İki il təmirdə olan günbəzin açılış mərasimində İran İslam Respublikası və İraqın dini, ictimai və rəsmi simaları da iştirak ediblər.

http://iqna.ir/fa/news/3554473

الصور بدء مراسم حفل افتتاح تذهيب القبة الشريفة لامير المؤمنين عليه السلام






Teqlər: iqna ، nəcəf ، İmam Əli ، günbəz ، minarə ، hərəm
captcha