IQNA

22:43 - February 02, 2021
Xəbər sayı: 3489189
İlahi din üç sistemdən: dünyagörüşü sistemindən, əxlaq sistemindən və, fiqh sistemindən təşkil edilmişdir.

İlahi din üç sistemdən: dünyagörüşü sistemindən, əxlaq sistemindən və, fiqh sistemindən təşkil edilmişdir.

Fiqhi və ya əməli sistem deyildikdə, insanın fərdi və ictimai, ibadi və qeyri-ibadi örnək rəftarlarının məcmusu nəzərdə tutulur. Bu sistem insana kamala çatmaq yolunda yardım edər. Bu üç sistem kamilən tənzimlənmiş və nizamlı bir sistemlərdir. Əgər birində dəyişiklik olarsa, o biri sistemlərə də təsir edər. Həmçinin aydın dünyagörüşünə malik olmaq üçün ağıl və vəhyə ehtiyacı vardır. Əxlaq və fiqh də hər ikisinə möhtacdır.

Qisas mövzusu hələ qədim zamanlardan bəri mövcuddur. Qisas almaq – o mövzulardandır ki, insanın pak fitrətinə geri qayıdır. Vicdanlı insan yaxşı başa düşür ki, əgər kimsə bir insana ziyan vurmaq niyyətilə onu yaralayar və ya öldürərsə, onun və yaxınlarının haqqı vardır ki, eyni şeyi onunla bağlı etsinlər.

İslam dinində də qisas haqqı vardır, ancaq özünəməxsus şərtlər və qaydaları ilə. İslam dini özündən əvvəlki dinlərdən fərqli olaraq, daha kamil yollar təklif etmişdir. Belə ki, zərər görən tərəf ya maddi yardımı almalıdır ki, qisasın diyəsi hesab olunur, ya da qarşı tərəfi bağışlamalıdır.

Dinimiz insanlara bağışlamaq mədəniyyətini aşılamaq istəyir. Dinimiz buyurur ki, sən də qarşı tərəf kimi can almaq yerinə bağışla və bağışlamağınla həm dünya və həm də axirət mükafatına çat. İnsanlar tərəfindən əziz hesab olun.

İslam dini əgər əvvəldən buyursaydı ki, sən qarşı tərəfi bağışlamalısan – o zaman məzlumun qəlbində kin meydana gələrdi. Lakin dinimiz buyurur ki, sən diyəni ala bilərsən, ancaq eyni zamanda bağışlaya da blərsən ki, ən üstün əməl budur.

Beləliklə deyə bilərik ki, dinimizin qisas mövzusundakı əsil hədəfi – yeni cinayətin qarşısını almaqdır. Eyni zamanda dinimiz məhz diyə yolu ilə yenidən qan tökülməyin qarşısını almağa çalışmışdır. /Deyerler.org/

Ad:
E-poçt:
* Comment:
* captcha: