
Qurani-Kərim birbaşa Allahdan bir şey istəyən və duaları qəbul edilən dörd peyğəmbəri tanıdır.
İlk peyğəmbər Nuhdur. Nuh peyğəmbər (ə) min il camaatı tövhidə dəvət etdi. Lakin onlar bunu inkar etdilər və nəhayət, onları lənətlədi: “Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri (bu əzabdan) qurtar!” (Şüəra, 118). Allah bu duanı qəbul etdi: “(Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!” (Ənbiya, 76). Yəni Nuh dua etdikdə Biz onu qəbul etdik və onu böyük qəmdən xilas etdik.
İkinci peyğəmbər isə çox xəstələnən Əyyubdur. Qohum-əqrəba, övladlarını itirmiş və xəstəliyi o qədər şiddətlənmişdi ki, heç kim ona yaxınlaşmırdı. Əyyub dedi: "(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilər rəhmlisisən!" (Ənbiya, 83). Allah cavabında buyurur: "Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik" (Ənbiya, 84).
Üçüncü peyğəmbər Yunisdir. Yunis Zülnundur. Zül-Nun balıq sahibi deməkdir. Yunis balığın qarnının qaranlığında Allahla danışıb dedi: "Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüzün, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): (Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm), -deyib dua etmişdi" (Ənbiya, 87). Cənab Yunis xətasını etiraf etdi və nifrin etməsinə peşman oldu. Allah yenə də buyurur: "Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!" (Ənbiya, 88).
Dördüncü şəxs Zəkəriyyadır. Zəkəriyya Məryəmin atası ilə bacanaq idi. Məryəmin atasının adı İmran idi. Zəkəriyya ilə İmranın uzun müddət uşaqları olmadı. Qocalmışdılar, amma eyni zamanda hər iki bacının qəlbində övlad arzusu vardı. Qurana görə nəhayət bir uşaq Zəkəriyyaya, bir uşaq İmrana verildi. Zəkəriyyanın oğlu Zəkəriyyanın duası ilə, İmranın oğlu isə anasının duası ilə verildi: “(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!”- dediyini xatırla!” (Ali-İmran, 35).
Məryəmin anasının duası müqəddimə oldu ki, Zəkəriya Allahdan ona övlad verməsini istəsin.
4047632