İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Əl-Mədy” xəbər agentliyinin saytına istinadən verdiyi xəbərə görə Livanın “Təhlükəsizlik və Əks Kəşfiyyat” qüvvələri Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı törədənlərlə əlaqəsi olmaqda şübhəli bilinən “Mustafa H.” adlı şəxsi bu ölkənin cənubunda tutuqladı.
“Mustafa H.” adlı şəxs təkfirçi şeyxlərdən olan Əhməd Əl-Əsirin tərəfdarlarından biridir.
Təkfirçi şeyx Əhməd Əl-Əsirin tərəfdarlarından olan bu ünsür Livanın “Təhlükəsizlik və Əks Kəşfiyyat” qüvvələrinin Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı ilə bağlı tədqiqatları çərçivəsində saxlanılmışdır.
H. Mustafa, Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı törədən ünsürlərdən biri olan “Müin Əbu Zəhr” adlı biri ilə çəkdirdiyi və ictimai şəbəkələrdə yayılmış bir şəkildə tanınmışdır.
1348038