IQNA

Pan Gi Mun: İranın “Cenevrə-2” beynəlxalq konfransında iştirakını dəstəkləyirəm

9:42 - January 08, 2014
Xəbər sayı: 1352216
Beynəlxalq qrup: Pan Gi Mun - BMT-nin baş katibi, bir daha İranın Suriyada mövcud olan böhranın həlli istiqamətində keçirilməsi planlaşdırılan Cenevrə-2 beynəlxalq konfransında iştirakına təkid edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) “İLNA”ya istinadən verdiyi xəbərə görə Pan Gi Mun - BMT-nin baş katibi bildirib ki, BMT-nin baş katibi olaraq İranın bu konfransda iştirak etməsinə razıdır. Amma bu barədə qərar çıxarmaq Rusiya və ABŞ administrasiyalarının məsləhətləşmələrindən və onların verəcəyi qərardan asılıdır.

İLNA-nın Fransa xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Pan Gi Mun – BMT-nin baş katibi, İranın “Cenevrə-2” beynəlxalq konfransında iştirakını dəstəklədiyini elan edərək deyib ki, region qüdrətlərinin Suriyada sülh və asayiş yaradılması üçün aktiv olması zəruridir.

Hal-hazırda bu toplantıda otuz ölkənin iştirakı planlaşdırılmışdır.

Bu danışıqlarda iştirak edəcək ölkələr Amerika, Rusiya və Ərəb Birliyinin nümayəndəsi Əxzər İbrahimin iştirakı ilə seçilmiş və İranın da bu danışıqlara qatılması barədə Can Keri və Sergey Lavrov yanvar ayının 13-də danışıq aparacaqlar. 

http://www.ilna.ir/news/news.cfm?id=134655

captcha