İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına (İƏMT) istinadən məlumatına əsasən, mədəniyyət həftəsi tədbirləri fevralın 9-dan Xartumun “Əl-Şəbab vəl-Ətfal sarayında” rəsmi açılış mərasimi ilə başlayacaq. Açılış mərasimində İrandan Sudana səfər etmiş “Təvaşih” qurupu proqram icra edəcək daha sonra Sudanın Mədəniyyət naziri çıxış edəcək.
Mərasimdə İranın Sudandakı səfiri, mədəniyyət mərkəzinin rəhbəri, Sudanın ziyalıları, jurnalistlər, diplomatik korpusların nümayəndəlikləri və digər şəxslər iştirak edəcək.
Mədəniyyət həftəsi çərçivəsində Sudanda İran filmləri həftəsi, İranlı xəttatlarının iştirakı ilə xəttatlıq və minyatür sərgisi, İran kinoları haqda dəyirmi masaların təşkili və digər proqramlar icra olunacaq.742182