İQNA Quran agentliyinin “islam.ru” saytına istinadən məlumatına əsasən, məscidin tikilməsi Ukraynanın Əl-Raid ictimai təşkilatı, Kuveytin Mənbəül-Xeyr xeyriyyə təşkilatı və müsəlmanların yardımı ilə həyata keçirilib.
Məscidin tikilməsi iki ilə başa gəlib və məsciddə 350 nəfər eyni anda namaz qıla bilər.
Konstantinovka şəhərinin məscidinin açılışında Kuveytin Mənbəül-Xeyr xeyriyyə təşkilatı Camal əl –Haddad , Kuveytin Ukraynadakı konsulu Talal əl-Hazza, Ukraynanın Əl-Raid ictimai təşkilatının sədri İsmail Kadi , Ukrayna müftilərindən Said İsmailov, Rüstəm Əbdükiyev, Rodnik Müsəlmanlar İcmasının sədri Avaz Şirəliyev iştirak edəcəklər.
Qeyd edək ki, qonaqlardan başqa həmçinin Donbass regionunun 600-dən çox müsəlmanları Konstantinovka şəhərinin məscidinin açılış mərasimində iştirak ediblər. 790324